Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU 3 universitetlə əməkdaşlıq müqaviləsi imzaladı
11.12.12 00:55

Bu gün Çin Xalq Respublikasının Sanjuan Universitetinin rektoru, professor Taşpulat Teyupu, Türkiyənin İqdır universitetinin rektoru, professor İbrahim Hakkı Yılmaz və ABŞ-ın Tulane Universitetinin Hüquq fakültəsinin dekanı, professor David Meyerin başçılıq etdikləri nümayəndə heyətləri Bakı Dövlət Universitetində olublar. BDU-nun mətbuat və informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, qonaqları ayrı-ayrılıqdan qəbul edən rektor, akademik Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib. Rektor Sanjuan, İqdır və Tulane universitetləri ilə BDU arasında olan əməkdaşlıqdan danışıb. Qonaqlar da öz növbələrində rəhbərlik etdikləri təhsil ocaqlarından danışıb və BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar. Sonda hər üç universitetlə əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan müqavilələr tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur.
URL / WWW
http://kelam.az/article/a-7595.html