Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Dublində bir sıra ikitərəfli görüşlər keçirib
11.12.12 00:54

Xarici işlər naziri Elmar Məmmədyarov İrlandiyaya səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidze ilə görüşdə ikitərəfli münasibətlər, regional layihələr, o cümlədən dünyada baş verən siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Tailand Krallığının xarici işlər naziri Suraponq Toviçakçaykul ilə görüş zamanı iki ölkə arasında mövcud münasibətlər müzakirə olunub və sözügedən münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassun ilə görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətləri, regional enerji layihələri, bu sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Ketrin Eşton ilə görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-7594.html