Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Lamberto Zanyer: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranan vəziyyət ciddi narahatlıq doğurur”
07.12.12 15:03

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranan vəziyyət həqiqətən ciddi narahatlıq doğurur”. “KƏLAMİNFO” xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zanyer “RİA “Novosti”-yə müsahibəsində bildirib.

“Ümid edirəm ki, XİN rəhbərləri Dublində görüşüb, ortaq nəticəyə gələ biləcəklər. Bu baş versə, onlar Minsk qrupunun həmsədrləri ilə birgə bəyanatla çıxış edib, bu şəkildə məsələ ilə bağlı irəliləyiş əldə edə bilərlər” - deyə L.Zanyer bildirib. Onun sözlərinə görə, hazırkı ab-havanı nəzərə alsaq, hətta ən kiçik addım belə münaqişə prosesi üçün çox önəmlidir: “Lakin Azərbaycan, eləcə də Ermənistandakı qarşıdakı prezident seçkilərinin önəmi baxımından daha da irəli getmək vacibdir”. L.Zanyer gələcəklə bağlı fikirlərini açıqlayarkən qeyd edib ki, danışıqlar yolu ilə münaqişəni həll etmək, eləcə də əvvəlcədən götürdükləri öhdəlikləri effektiv şəkildə yerinə yetirmək üçün tərəflər siyasi iradə nümayiş etdirməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-7591.html