Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dövlət Gömrük Komitəsi müsadirə etdiyi 51 adda və 1923 ədəd dini kitabı Qafqaz Müsəlmanları İdarəsinə bağışlayıb
10.02.10 19:30

Azərbaycan gömrük orqanları tərəfindən müsadirə edilən dini kitablar Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Gömrük Komitəsindən veriblər. Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunan dini kitablar ayrı-ayrı vaxtlarda gömrük nəzarətindən kənar aparılmasına cəhd göstərilərkən Tovuz və Xaçmaz gömrük idarələri tərəfindən saxlanılıb. Məlumatda bildirilir ki, 51 adda və 1923 ədəd olan bu kitablar İslam dininə aid olub, əsasən 2000-ci illərdə Türkiyə və İranda nəşr edilib. Türk və Azərbaycan dillərində olan bu kitablar arasında Mədinə şəhərində ərəbcə nəşr edilən Qurani-Kərim də var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyinə əsasən, sözügedən kitabların ölkə ərazisində yayılması məqsədəuyğun sayılıb və onları Qafqaz Müsəlmanları İdarəsinə bağışlamaq qərara alınıb.
URL / WWW
http://kelam.az/article/a-758.html