Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-da treninq keçirilir
04.12.12 20:17

Dekabrın 4-ü Azərbaycan Dillər Universitetində (ADU “Ekoloji təhlükəsizlik və Azərbaycanda süni və təbii fəlakətlər: beynəlxalq təcrübə mübadiləsi” mövzusunda 2 günlük treninq öz işinə başlayıb. Treninq ADU, Xarici İşlər Nazirliyi, Azərbaycan Beynəlxalq NATO Məktəbi və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb. Treninqdə Fövqəladə Hallar, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, bir sıra ali təhsil müəssisələri və QHT nümayəndələri iştirak edir. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Nato Məktəbinin icraçı direktoru Hüseyn Pənahov rəhbərlik etdiyi məktəbin fəaliyyətindən danışıb və həyata keçirilən layihələrdən söz açıb. ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov rəhbərlik etdiyi universitetdə 15-ə yaxın əcnəbi dilin tədris olunduğunu deyib. NATO-nun Azərbaycan üçün vacib bir təşkilat olduğunu deyən S.Seyidov ADU-nun Rumıniya səfirliyi ilə də sıx əməkdaşlıq etdiyini vurğulayıb. Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun rezident əlaqələndiricisi Daniel Cristian Ciobanu təmsil olunduğu təşkilatın 4 il ərzində həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. O, NATO-nun Azərbaycanda ANAMA ilə birgə əməkdaşlığından bəhs edib, 3 layihə həyata keçirildiyini vurğulayıb. Azərbaycanda keçmiş SSRİ dövründən qalmış zərərsizləşdirilməmiş silah-sursatların olduğunu diqqətə çatdıran səfir sursatların zərərsizləşdirilməsi istiqamətində Çeyrançöl layihəsinə start verildiyini qeyd edib. Treninq 2 gün davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-7579.html