Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » BMT internetə nəzarət problemini müzakirə edəcək
04.12.12 02:56

Bu gün Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkil etdiyi Beynəlxalq Dünya Telekommunikasiya Konfransı (BDTK) işə başlayıb. Dekabrın 14-dək davam edəcək konfrans və “BDTK-12” görüşündə 1988-ci ildə qəbul edilmiş Beynəlxalq Telekommunikasiya Qaydaları (BTQ) nəzərdən keçiriləcək. Konfransda rabitə şəbəkələrinin iş prinsiplərinin yeni redaksiyasını müzakirəyə qoymaq planlaşdırılır. Müzakirə ediləcək digər məsələlər arasında internetin idarə edilməsi ilə bağlı yeni təkliflər paketinə də baxmaq planlaşdırılır. Qeyd edək ki, konfransda iştirak edən bir sıra ölkələr domen sisteminin idarə edilməsi səlahiyyətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) verilməsini təkid edir. Həmin ölkələrin əsas 2 arqumenti var: birincisi, hazırda internetin domen sistemi Amerikanın “ICANN” təşkilatı tərəfindən idarə olunur və o, öz növbəsində ABŞ-ın Ticarət Nazirliyindən asılıdır. İkincisi, ölkələrin əksəriyyəti şəxsi milli domen zonalarını müstəqil idarə etmək səlahiyyəti əldə etmək üçün səlahiyyətlərin BMT-yə verilməsini xahiş edirlər.Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) domen sisteminin idarə edilməsi səlahiyyətlərinin ona verilməsinə fikir bildirməyib. Bundan əvvəl BTİ-nin direktoru Hamadun Ture bir sıra müsahibələrdə bəyan etmişdi ki, onun idarəsi belə səlahiyyəti öz üzərinə götürmək istəməzdi. Digər tərəfdən, Hamadun Ture artıq konfrans ərəfəsində daha diplomatik davranaraq bildirib ki, əgər nümayəndələr səlahiyyəti onun idarəsinə vermək barədə qərar qəbul etsələr, deməli, belə olmalıdır. O, həmçinin qeyd edib ki, əgər BTİ “yeni ICANN” olsa, o zaman agentlik kasıb ölkələrdə şəbəkələrin inkişafına diqqət ayırmaq niyyətindədir: “Acı həqiqət odur ki, internet zəngin ölkələrin üstünlüyü olub və olaraq da qalır. BTİ bunu dəyişdirmək istəyir”.
URL / WWW
http://kelam.az/article/a-7574.html