Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan Prezident Administrasiyasında qəbul günləri açıqlandı
04.12.12 02:56

Azərbaycan Prezident Administrasiyasında (PA) qəbul günləri açıqlanıb. “KƏLAMİNFO” PA-nın mətbuat xidmətinə istinadən qəbul günlərini təqdim edir. Prezidentin İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov dekabrın 10-u, müdafiə məsələləri üzrə müşaviri Vahid Əliyev dekabrın 11-də vətəndaşları qəbul edəcək. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov isə dekabrın 17-də qəbul günü keçirəcək. Bundan başqa PA-nın şöbə müdirlərinin də qəbul günləri açıqlanıb. Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dekabrın 19-u, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov dekabrın 7-si, Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dekabrın 3-ü, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev dekabrın 12-si, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 18-i, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev dekabrın 13-ü, Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev dekabrın 24-ü, Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dekabrın 6-sı, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dekabrın 5-i, Kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov dekabrın 27-si, Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov isə dekabrın 28-i vətəndaşları qəbul edə biləcəklər. Eyni zamanda Prezidentin Prezidentin Protokol xidmətinin rəisi Tələt Bağırovun dekabrın 7, 14 və 21-i qəbul günü olacaq. Mətbuat katibi Azər Qasımov isə dekabrın 4-ü qəbul günü keçirəcək.
URL / WWW
http://kelam.az/article/a-7569.html