Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyinin tabeliyində olan dərnək üzvlərinin əl işlərinin müsabiqəsinə yekun vurulub
30.11.12 19:43

Təhsil Nazirliyinin tabeliyində olan texniki yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsi keçirilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqə 2 mərhələdə - rayon (şəhər) və respublika mərhələsində yumşaq oyuncaqlar, hərəkətdə olan oyuncaqlar, dekorativ-tətbiqi sənət və təbii materiallardan hazırlanan işlər nominasiyaları üzrə 10-13 yaşlı uşaqlar arasında təşkil olunub. Respublika Texniki Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə çıxış edən mərkəzin direktoru Qorxmaz Əliyev bildirib ki, müsabiqədə 48 rayon, şəhər Texniki Yaradıcılıq Mərkəzi iştirak edib və respublika mərhələsinə 289 iş təqdim olunub. Q.Əliyev məktəblilərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi baxımından müsabiqənin əhəmiyyətinə toxunub və dərnəklərə cəlb olunan uşaqlar arasında təcrübə mübadiləsinə yol açdığını nəzərə çatdırıb.Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov bildirib ki, artıq altıncı ildir keçirilən müsabiqəyə təqdim olunan işlər ildən-ilə təkmilləşir. Belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan A.İbrahimov müsabiqənin şagirdlərin yaradıcılıq potensialının inkişafına təkan verəcəyinə inandığını söyləyib. Şöbə müdiri son illər respublikamızda xüsusi istedada malik şagirdlərin potensialının üzə çıxarılması istiqamətində görülən işlərə diqqət çəkərək indiyə qədər keçirilmiş müsabiqələrə təqdim olunmuş ən yaxşı işlərdən ibarət kataloqun nəşrinin nəzərdə tutulduğunu deyib. Sonda müsabiqədə müxtəlif nominasiyalar üzrə I, II, III yerləri tutmuş qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
URL / WWW
http://kelam.az/article/a-7565.html