Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanda Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib və təyinatlar olub
30.11.12 19:42

Novruz Məmmədov, Zeynal Nağdəliyev və Əli Əsədov Prezident Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb. Prezidentin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, prezidentin sərəncamları ilə Novruz İsmayıl oğlu Məmmədov, Zeynal Səfər oğlu Nağdəliyev və Əli Hidayət oğlu Əsədov Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər. Qeyd edək ki, Novruz Məmmədov və Zeynal Nağdəliyev indiyədək Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdiri, Əli Əsədov isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıblar. Prezident Administrasiyasına akademik Ramiz Mehdiyev rəhbərlik edir.
URL / WWW
http://kelam.az/article/a-7562.html