Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident sərgilərlə tanış olub
28.11.12 15:06

Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılıb. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərlə tanış olublar. Dövlət başçısına və xanımına məlumat verildi ki, I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisində ölkəmizin idmançılarının nailiyyətləri, bu sahədə həyata keçirilən layihələr və digər tədbirlərə dair ekspozisiyalar nümayiş etdirilir. Sərgidə ölkəmizdə idman sahəsində görülən mühüm işlərə, o cümlədən idmançılarımızın nailiyyətlərinə dair eksponatlar nümayiş olunur. Diqqətə çatdırıldı ki, gənclər təşkilatlarının IV Respublika sərgisi prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil edilib. Sərgidə gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər, eyni zamanda, gənclərin ictimai fəallığı haqqında geniş məlumatlar təqdim olunur. Sərgi müddətində gənclər üçün müxtəlif mövzular üzrə təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin pavilyonları ilə tanış olublar.
URL / WWW
http://kelam.az/article/a-7552.html