Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əbülfəs Qarayev QDİƏT Baş katibini qəbul edib
27.11.12 19:42

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Viktor Tvirkunu qəbul edib. Nazirlikdən “KƏLAMİNFO” verilən xəbərə görə, görüşdə QDİƏT ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ə.Qarayev QDİƏT ilə əməkdaşlığa böyük önəm verildiyini xüsusilə qeyd edib. 2007-ci ildə QDİƏT-nn Mədəniyyət üzrə İşçi Qrupunun ilk iclasını xatırladan nazir 2009-cu ildən etibarən Mədəniyyət və Turizm üzrə İşçi qrupların birləşdirilməsindən sonra təşkilatla əməkdaşlıqda irəliləyişlərin olduğunu V.Tvirkunun diqqətinə çatdırıb.QDİƏT-nin Baş katibi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu bildirib, ölkə rəhbərliyi tərəfindən humanitar sahədə əməkdaşlıq və bu istiqamətdə qarşıda duran məqsədlərə nail olmaq üçün birgə səylərin göstərilməsinə xüsusi diqqət ayrıldığını qeyd edib. Söhbət əsnasında Ə.Qarayev təşkilata qeyri-neft sektorunda da layihələr və turizm sahəsində ekspertlər üçün treninqlər həyata keçirməyi təklif edib.
URL / WWW
http://kelam.az/article/a-7551.html