Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Serbiya, Mali və Kanadanın Azərbaycana yeni təyin olunmuş səfirlərini qəbul edib
11.02.10 02:29

Xarici işlər naziri Elmar Məmmədyarov Serbiya, Mali və Kanadanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Serbiya səfiri Vladimir Curgus etibarnaməsinin surətini E.Məmmədyarova təqdim edib. O, Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirən V.Curgus Serbiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb. E.Məmmədyarov V.Curgusu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycanın Serbiyada səfirlik açmağı planlaşdırdığını və bu amilin ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşəcəyinə təkan verəcəyini qeyd edib.E.Məmmədyarov Mali Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalinin də etibarnaməsinin sürətini qəbul edib. Səfir B.Kulibali Mali ilə Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Konfransı Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb. E.Məmmədyarov Malinin ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. E.Məmmədyarov Kanadanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Baileyin də etibarnaməsinin sürətini qəbul edib. M.Bailey ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. E.Məmmədyarov iki ölkə arasındakı əlaqələrin intensivləşdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunmasının məqsədəmüvafiqliyini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-755.html