Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov: “Biz əminik ki, ərazi bütövlüyü çərçivəsində sülh, əmin-amanlıq bərpa olunacaq”
27.11.12 19:42

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində həyata keçirilən işlər təşkilata üzv ölkələr arasında iş birliyinin ciddi inkişafına səbəb olur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının (QDİƏT PM BA) 40-cı iclasında qurumun sədri, Milli Məclisin spikeri Oqtay Əsədov bildirib. O qeyd edib ki, dünyada mövcud siyasi, ekoloji, iqtisadi problemləri ölkələrin birgə əməkdaşlığı olmadan həll etmək mümkün deyil: “Qara dəniz bölgəsi böyük potensiala malikdir”. Spiker onu da deyib ki, həll olunmayan problemlər də var: “Təəssüf ki, indiyədək həll edilməyən problemlər var. Dağlıq Qarabağ münaqişəsi kimi daim qığılcımlana biləcək problem hələ də həll olunmayıb. Beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərarlara baxmayaraq, hələ də münaqişə həll olunmayıb. Amma biz əminik ki, ərazi bütövlüyü çərçivəsində sülh, əmin-amanlıq bərpa olunacaq”. Daha sonra spiker Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına olan müraciətini oxuyub.
URL / WWW
http://kelam.az/article/a-7548.html