Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Paytaxtın ümumtəhsil məktəblərində Azərbaycan tarixi aylığı keçirilir
27.11.12 02:55

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, eləcə də hər bir fənn üzrə sinifdənxaric tədbirlərin təşkili məqsədilə bu gündən etibarən tabeliyində olan ümumtəhsil məktəblərində Azərbaycan tarixi aylığı başlanıb. BŞTİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan tarixi aylığı dekabrın 25-dən davam edəcək. “Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir” adlı Azərbaycan tarixi aylığının yüksək səviyyədə təşkili, məktəblər üzrə fəaliyyətin koordinasiya edilməsi, aylığın yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi yaradılıb. Aylıq fəal təlim əsasında qurulmuş ən yaxşı dərs layihəsi və ya metodik tövsiyə, ən yaxşı metodik iş sistemi olan məktəb, ən yaxşı “Açıq dərs”, şagirdlərin Azərbaycan tarixi fənnindən ay ərzində keçilən mövzulara aid ən yaxşı yaradıcı işləri (referat, məqalə, və. s.) nominasiyaları üzrə keçirilir. Azərbaycan tarixi fənn aylığında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri və VII - XI sinif şagirdləri iştirak edirlər. Aylıq 3 mərhələdə keçirilir. Aylığın yekun tədbirində qaliblər mükafatlandırılacaq. Hər nominasiya üzrə 1 (bir) I dərəcəli, 2 (iki) II dərəcəli, 3 (üç) III dərəcəli diplom veriləcək. Ayrı - ayrı nominasiyalar üzrə diqqəti çəkən digər işlərin müəllifləri həvəsləndirici diplomla mükafatlandırılacaq.
URL / WWW
http://kelam.az/article/a-7541.html