Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Özəl və dövlət sektorunda korporativ idarəetmə” mövzusunda “Master class” təşkil olunacaq
26.11.12 21:55

Dekabrın 4-ü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Pricewaterhouse Coopers (PwC) Azərbaycan şirkəti tərəfindən “Özəl və dövlət sektorunda korporativ idarəetmə” mövzusunda “Master class” təşkil olunacaq. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, təlim PwC-nin Dövlət və İctimai Sektor üzrə Xidmətlər Praktikasının Qlobal lideri Yan Sturesson tərəfindən keçiriləcək. Yan Struesson korporativ idarəetmə, strateji inkişaf, innovasiya və liderlik sahəsində dövlət və özəl sektora xidmətlərin göstərilməsi üzrə PwC-nin Baş Qlobal Məsləhətçidir. O, hazırda Dünya İqtisadi Forumunun (“World Economic Forum”) və Qlobal Məsələlər Şurasının (“Global Agenda Council”) “Qlobal təşkilatlarda idarəetmənin gələcəyi (“Future of governance in global organizations”) forumunun üzvüdür.
URL / WWW
http://kelam.az/article/a-7540.html