Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu günədək ölkədə 55 mindən cox insan AH1N1 virusuna qarşı peyvənd olunub
09.02.10 23:30

Ölkədə indiyədək 55 mindən cox insan AH1N1 virusuna (“donuz qripi”) qarşı peyvənd olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektoruun müdiri Viktor Qasımov verib. Onun sözlərinə görə, peyvəndləmə prosesi Bakı da daxil olmaqla bütün bölgələrdə aparılır. V.Qasımov qeyd edib ki, peyvəndləmə hələki hamilə qadınlar, ağciyər xroniki xəstəliyi olanlar və həkimlər arasında aparılıb. Paytaxtda peyvənd olunmalı olan 42 min nəfərdən artıq 33 mini bu əməliyyatdan keçib. Sektor müdiri əlavə edib ki, peyvəndləmə əməliyyatı daha iki həftə davam edəcək. Ümumilkdə 55 mindən artıq dozada peyvənd istifadə olunub. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana “donuz qripi”nə qarşı 172 min doza peyvənd göndərib. Peyvəndin ilk partiyası - 90 min doza yanvarın 8-də, ikinci hissəsi - 82 min doza isə yanvarın 14-də ölkəyə gətirilib.
URL / WWW
http://kelam.az/article/a-754.html