Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QİƏT PM-in Assambleya Bürosunun 47-ci iclası keçirilib
26.11.12 21:55

Bu gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində qurumun Assambleya Bürosunun 47-ci iclası olub. “KƏLAMİNFO” xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri, QİƏT PM-in sədri Oqtay Əsədov bildirib ki, QİƏT çərçivəsində keçirilən bütün görüşlər əməkdaşlığınızın inkişafı üçün geniş imkanlar açıb. “İnanıram ki, Bakıda keçirilən bu görüş, eləcə də müzakirə olunan məsələlər və qəbul olunan qərarlar həm QİƏT çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrimizin inkişafına təkan verəcək. Eyni zamanda, QİƏT-in gələcək fəaliyyətinin səmərəliliyinin artırılması üçün faydalı olacaq”. Sonra iclasın gündəliyi müzakirə olunaraq təsdiqlənib. İclasda büronun keçən il keçirilən 46-cı büro iclasının protokolları, Parlament Məclisinin Bakıda keçirilən iki komitəsinin tövsiyə xarakterli qərarları, 40-cı ümumi iclasın gündəliyinə daxil olunan məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Qeyd edək ki, noyabrın 26-da Bakıda QİƏT PM-in Hüquqi işlər və siyasi komitəsinin də əlavə iclası keçirilib.
URL / WWW
http://kelam.az/article/a-7538.html