Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İrana qarşı sanksiyalar Ermənistana təsirsiz ötüşmür
23.11.12 20:35

“İrana qarşı iqtisadi sanksiyalar tək Mahmud Əhmədinejad rejiminə deyil, qonşularına da zərbə vurur”. “KƏLAMİNFO” “İzvetisiya” qəzetinə istinadən xəbər verir ki, ziyan çəkən əsas ölkələr sırasında Ermənistan xüsusi seçilir. Qəzet yazır ki, İran rialının devalvasiyası İran biznesmenlərinə Ermənistandan qoyun əti almasını əlverişsiz edib. Bu da Ermənistanın bazarında qoyun ətinin qiymətinin iki dəfə aşağı düşməsinə səbəb olub. “İranlıların addımından sonra biz ildə 50 min dollar itiririk” - deyə qəzetə Ararat rayonunun sakini Aqo Xasanyan bildirib. İranlılar ənənəvi olaraq Ermənistanda qoyunların yetişdirilməsi ilə məşğul olurlar. Aqonun sözlərinə görə, keçən il bir quzunu 150 dollar verirdilərsə, indi 75 dolara da sata bilməzsən. Onun ailəsi bir il ərzində İrana 800 qoyun satıb. İran marşrutuna nativ isə yoxdur. Onlar təyyarə ilə BƏƏ-yə qoyun aparmaq istəsələr də, nəqliyyat xərci üzündən bu mümkün olmayıb. Lakin buna baxmayaraq, İrana heyvan aparanlar var. Ermənistan qida məhsullarının təhlükəsizliyi xidmətinin rəhbəri Babken Pipoyan bildirib ki, oktyabrda heyvandarlar İran tərəfinə 3,6 min qoyun göndəriblər. İrana qarşı sanksiyalar Ermənistan daxilində müxtəlif gübrələrin satışına da təsir edib. Bununla bağlı Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqı baş nazir Tiqran Sarkisyana müraciət edib.
URL / WWW
http://kelam.az/article/a-7535.html