Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şərqşünas alim: Erməni tarixçilərinin əzəli Azərbaycan torpaqlarına qarşı irəli sürdükləri iddialar əsassızdır
23.11.12 20:35

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov İstanbulda keçirilən “Osmanlı arxiv mirasının qorunması və idarə edilməsi” adlı Beynəlxalq konqresdə iştirak edib. Şərqşünaslıq İnstitutundan “KƏLAMİNFO”ya verilən məlumata görə, konfransda C.Qasımov “Rəvan (İrəvan) və Naxçıvanın etnik-siyasi tarixinin öyrənilməsində Osmanlı dövləti tərəfindən hazırlanan müfəssəl dəftərlərin əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. C.Qasımov öz məruzəsində 1590 və 1728-ci illərdə İrəvan və Naxçıvanla bağlı olaraq, Osmanlı dövləti tərəfindən tərtib edilən müfəssəl və icmal dəftərləri haqqında məlumat verərək, erməni tarixçilərinin adları çəkilən əzəli Azərbaycan torpaqlarına qarşı irəli sürdükləri iddiaların əsassız olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edək ki, konfransda 30-dan çox xarici ölkə tarixçiləri iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-7533.html