Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM-ın eksperti Frankfurt şəhərində “Frankfurt Qaz Forumu”nda iştirak edəcək
24.11.12 02:35

27-28 noyabr 2012-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində “Frankfurt Qaz Forumu” keçiriləcək. Strateji Araşdırmalar Mərkəzi (SAM) bu əhəmiyyətli forumda akademik tərəfdaş qismində çıxış edəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Forumda mərkəzin enerji məsələləri üzrə aparıcı elmi işçisi Gülmira Rzayeva “Azərbaycanın Cənub Qaz Dəhlizinə baxışı: milli prioritetlər və beynəlxalq öhdəliklərin balanslaşdırılması” mövzusunda məruzə ilə çıxış edəcək. Forumda Avropanın enerji sahəsi üzrə komissarı Günter Otinger (Belçika), Avropa Birliyinin Azərbaycan Respublikası üzrə nümayəndə heyətinin rəhbəri Roland Kobiya, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, Beynəlxalq Nabucco Qaz Boru kəmərlərinin icraçı direktoru Reinxard Mitşek (Vyana, Avstriya), BP-nin Şah dəniz layihəsi üzrə vitse-prezidenti Al Kuk (İngiltərə), “Xəzər dəniz Təchizat və Ehtiyatlar, Mərkəzi Asiya, Təchizat və Ticarət RWE GmbH Almaniya”nın rəhbəri Volfqanq Piter, TAP layihəsinin rəhbəri Kjetil Tunqland, “Qazprom Eksport” şirkətinin “Müqavilə Təşkili və Qiymətin Formalaşdırılması” üzrə İdarə Heyətinin sədri Sergey Komlev (Rusiya) və digər məruzəçilərin çıxışları planlaşdırılır.Qeyd edək ki, Forumun keçirilməsində məqsəd Avropada artan təbii qaz tələbatına sərmayələri dəstəkləmək və qaz infrastruktur layihələrinə tələbatı artırmaqdan ibarətdir.
URL / WWW
http://kelam.az/article/a-7531.html