Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-nın 20 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir
24.11.12 02:35

Bu gün Bakıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 20 illiyi ilə əlaqədar "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası-20 il: inkişaf mərhələləri" adlı beynəlxalq konfrans işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, konfransı açıq elan edən TQDK-nın sədr müavini Namiq Babayev bildirib ki, Azərbaycan Prezidentinin fərmanı ilə yaradılmış Tələbə-məzun Dövlət Elektron Məlumat Sisteminə indiyədək ali məktəblər tərəfindən 83 min tələbə haqqında məlumat daxil edilib. TQDK sədri Məleykə Abbaszadə isə bildirib ki, bu bazaya 1992-2012-ci illərdə qəbul imtahanlarında iştirak edən şəxslər haqqında məlumatlar yerləşdirilib: “Bazaya ölkədə fəaliyyət göstərən bütün ali və orta ixtisas məktəbləri, bir sıra dövlət qurumları qoşulublar”. M.Abbaszadə hazırda ali məktəblərin kontingentinin bu baza ilə yoxlanılmasının mümkün olduğunu qeyd edib. O deyib ki, TQDK tərəfindən yeni şagird-məzun məlumat sistemi də yaradılıb: “Hazırda orta məktəblərdən bu bazaya məlumatlar daxil olur”. M.Abbaszadə bildirib ki, Azərbaycanda test üsuluna əsaslanan imtahan sisteminin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı nəticəsində mümkün olub. Onun sözlərinə görə, 20 il ərzində Azərbaycanın 9 milyonluq əhalisinin 2 milyon 155 min nəfəri bu qurum tərəfindən keçirilən 22 növ imtahanda iştirak edib: “Bu isə o deməkdir ki, ölkədə hər bir ailənin ən azı bir üzvü TQDK-nın keçirdiyi imtahanlarda iştirak edib. TQDK 1999-cu ildən əhaliyə elektron xidmətlər göstərməyə başlayıb. Hər il TQDK-nın göstərdiyi elektron xidmətlərdən 200 mindən çox insan yararlanır. 1995-ci ildən TQDK-da "Mənim məktəbim" portalı yaradılıb. Həmin portalda 4500 məktəbin qəbul imtahanlarında göstərdiyi göstəricilər əks olunub. Bu ildən həmin portala şagirdlərin buraxılış imtahanlarında göstərdiyi nəticələr də daxil edilib”. Qeyd edək ki, konfransda yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də iştirak edir.
URL / WWW
http://kelam.az/article/a-7530.html