Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda və respublikanın bir çox rayonlarında elektrik enerjisinin verilişində problem yaranıb
09.02.10 23:30

Bu gün saat 11:55 radələrində paytaxt Bakıda, eləcə də respublikanın bir çox rayonlarında elektrik enerjisinin verilişində problem yaranıb. KƏLAMİNFO xəbər verir ki, bir çox dövlət müəssisələrində, eləcə də strateji əhəmiyyətli dövlət obyektlərində elektrik olmayıb. İşığın olmaması metronun işinə də mənfi təsir edib. Sahil, Nizami, İçərişəhər, Elmlər Akademiyası və digər stansiyalarda qatarlar dayanıb, sərnişinlər vaqonlarda qalıblar. Elektrik enerjisinin dayanması nəticəsində yüzlərlə insan qatarlarda qalıb. Bir qism sərnişin isə metronun platformasında kömək gözləyib. Metroya giriş-çıxışı təmin edən eskalatorlar işləməyib, nəticədə sərnişin hərəkətində tıxac yaranıb. Stansiya daxilində gərgin izdiham yaşanıb. Metroya giriş müvəqqəti dayandırılıb. Vətəndaşlar metro stansiyalarından və tunellərdən çıxarılıb və stansiyaya buraxılmayb. Təxminən saat 12:15-də elektrik enerjisi qismən bərpa olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq ixtisaslaşdırılmış briqadaları metro stansiyalarından əhalinin evakuasiyasına başlayıblar. Qeyd edək ki, Bakı və ətraf rayonların elektrik verilişinin təminatı “Bakıelektrikşəbəkə” ASC vasitəsilə həyata keçirilir. İlkin məlumatlara görə, elektrik təchizatının kəsilməsinə səbəb sistem qəzasıdır.
URL / WWW
http://kelam.az/article/a-753.html