Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov Ovannisyana sərt cavab verdi
22.11.12 21:35

“Ermənistanın sabiq xarici işlər naziri, Ermənistan İrs Partiyasının sədri Raffi Ovannisyanın sözləri beynəlxalq aləmin mövcud məsələlərlə qəbul etdiyi baxışları çərçivəsinə qətiyyən sığmır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib. O qeyd edib ki, R.Ovannisyanın nə deməsindən asılı olmayaraq istər BMT, istərsə Avropanın mühüm qurumları, o cümlədən də münaqişənin nizama salınması ilə məşğul olan ATƏT və onun həmsədrləri Azərbaycan torpaqlarının işğal olunması faktını dəfələrlə ifadə ediblər: “Bundan əlavə, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını açıq şəkildə bəyan ediblər. Mən hesab edirəm ki, bütün bunların hamısı Ermənistanın sabiq xarici işlər nazirinin səsləndirdiyi bu sərsəm bəyanatın tamamilə əsassız olduğunu təsdiqləyir”. Qeyd edək ki, Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının işində iştirak edən Ermənistan İrs Partiyasının sədri Raffi Ovannisyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziddiyyətli fikirlər söyləyib, münaqişə ilə bağlı işğal terminindən istifadə etməyin düzgün olmadığını deyib.
URL / WWW
http://kelam.az/article/a-7524.html