Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da İbtidai sinif müəllimlərinin elmi-metodiki seminarı olub
23.11.12 02:34

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında tam orta məktəblərin 1-ci sinifləri üçün riyaziyyat dərsliyi və müəllimlər üçün elmi-metodiki vəsaitin müzakirəsi olub. “KƏLAMİNFO” xəbər verir ki, seminar iclasında Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, dərslik müəllifi Nayma Qəhrəmanova, Bakı və Sumqayıt şəhərlərinin ibtidai sinif müəllimləri iştirak ediblər. Seminarda Bakı Dövlət Universitetinin professoru M.Yaqubov, müstəqil ekspert Ə.Osmanlı, 82 saylı tam orta məktəbin müəllimi Ə.Namazov, 313 saylı tam orta məktəbin müəllimi A.Cümşüdov, 278 saylı tam orta məktəbin müəllimi T.İsmayılov, “Tərəqqi” texniki-humanitar liseyinin müəllimi T.İmanova, 144 saylı tam orta məktəbin müəllimi O. Səfərova, 151 saylı tam orta məktəbin müəllimi N. Əliyeva gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini veriblər. Müzakirələrdə TQDK-nın Naxçıvan regional bölməsinin 4 saylı tam orta məktəbin müəllimi G.Mehbalıyeva, 6 saylı tam orta məktəbin müəllimi Ü.Əliyeva, Gəncə şəhəri 16 saylı tam orta məktəbin müəllimi A.Həsənova, Şəki şəhəri 21 saylı tam orta məktəbin müəllimi V.Qafarova, Quba regional bölməsinin 1 saylı tam orta məktəbin müəllimi E.Validova internet vasitəsi ilə videobağlantı əsasında gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər. Növbəti seminar iclasında (27 noyabr 2012-ci il tarixdə) tam orta məktəblərin 1-ci sinifləri üçün riyaziyyat dərsliyinin müzakirəsi davam etdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-7523.html