Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Millət vəkilinin ABŞ-da kitabı nəşr olunub
21.11.12 19:49

Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında millət vəkili Elxan Süleymanovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı nəşr edilib. “KƏLAMİNFO” xəbər verir ki, kitaba ön söz ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü, eks-konqresmen Solomon Ortiz tərəfindən yazılıb. Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi əsasları araşdırılır, beynəlxalq təşkilatlar (BMT, Avropa Parlamenti, AŞPA, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı) tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının tanınması, işğal nəticəsində ölkədə fövqəladə humanitar vəziyyətin yaranması, Azərbaycanın tarixi və mədəniyyət abidələrinə, ətraf mühitinə və təbii sərvətlərinə, nəhayət sosial-iqtisadi durumuna dəymiş zərər təhlil edilir, Azərbaycana vurulmuş iqtisadi zərərin ilkin miqdarı indiki bazar qiymətləri ilə hesablanır, işğala görə Ermənistanın beynəlxalq-hüquqi məsuliyyəti və Azərbaycanın bu dövlətdən təzminat almaq hüququ araşdırılır.Kitabda işğal nəticəsində Azərbaycana vurulmuş zərər işğal edilmiş, zərər çəkmiş sərhədyanı və cəbhəyanı rayonların icra hakimiyyətlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin və digər dövlət qurumlarının rəsmi məlumatları əsasında hesablanıb və həmin məlumatlar kitabın sonunda əlavə kimi oxuculara təqdim edilib. Müəlliflər işğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin miqdarını hesablayarkən konkret metodika tətbiq ediblər və işğal onun həcminin 2011-ci ilin əvvəllərinə 431,536 milyard (dörd yüz otuz bir milyard beş yüz otuz altı milyon) ABŞ dollarından artıq təşkil etməsi qənaətinə gəlmişlər. Elxan Süleymanovun və Vurğun Süleymanovun ABŞ-da çap edilmiş kitabı müəlliflərin Azərbaycan dilində 2012-ci ilin əvvəllərində nəşr edilmiş eyniadlı əsərinin tərcüməsidir.
URL / WWW
http://kelam.az/article/a-7510.html