Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil naziri Misir Mərdanov məktəblərdə meyvə satışı ilə bağlı ideyanı bir daha dəstəklədi
10.02.10 03:30

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məktəblərdə meyvə satışı ilə bağlı ideyasını dəstəkləyirəm. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Məktəb yaşlı uşaqların təzə meyvə yeməsinə ehtiyac olduğunu diqqətə çatdıran M.Mərdanov əlavə edib ki, bu ideyadan düzgün nəticə çıxarılmalıdır. “Əgər bu məsələdən düzgün nəticə çıxarılacaqsa, onu dəstəkləyirəm. Amma elə etmək lazım deyil ki, buna görə də hardasa pul yığsınlar”,-deyən nazir mətbuatın gündəmində olan məsələyə belə münasibət bildirib.
URL / WWW
http://kelam.az/article/a-751.html