Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Sinqapur Prezidenti Toni Tan ilə görüşüb
21.11.12 19:49

Bu gün Sinqapurda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Prezidenti Toni Tanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki dövlət arasındakı münasibətlərdə çox mühüm və tarixi bir hadisədir. Bu səfər Sinqapur ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafına güclü təkan verəcək. Qeyd edilib ki, Sinqapur bu gün Cənub-Şərqi Asiya regionunun həyatında önəmli rola malikdir. Bu baxımdan Sinqapur Azərbaycanın Cənubi Qafqazdakı önəmli mövqeyini xatırladır. Diqqətə çatdırılıb ki, çox dinamik inkişaf edən iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yaxşı perspektivlər var. Bildirilib ki, dövlətlərimiz arasında iqtisadi, ticari və enerji sahələrində müəyyən əlaqələr olsa da bu, hər iki ölkənin mövcud potensialını əks etdirmir. Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlaqələndirici bir qurumun yaradılması barədə razılığa gəlinib.
URL / WWW
http://kelam.az/article/a-7508.html