Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bahar Muradova: “Biz çalışacağıq ki, Azərbaycan-Rusiya münasibətləri inkişaf edən xətt üzrə davam etsin”
20.11.12 20:59

“Rusiya-Azərbaycan münasibətlərinin əvvəllərdə korlanmasına çalışan qüvvələr olub”. “KƏLAMİNFO”un məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova danışıb. B.Muradova bu münasibətləri korlamağa cəhd edən qüvvələrin nəinki əvvəllər, indi də olduğunu vurğulayıb. Vitse-spiker bildirib ki, lakin buna baxmayaraq, Azərbaycan və Rusiya arasındakı münasibətlər daim inkişaf edəcək. O, daimi inkişafa bariz nümunə kimi, hər iki ölkənin rəhbərliyi arasında olan xoş münasibətləri göstərib: “Biz çalışacağıq ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər bundan sonra da yüksələn və inkişaf edən xətt üzrə davam etsin”.
URL / WWW
http://kelam.az/article/a-7507.html