Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
20.11.12 20:59

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 21-dən 23-dək Sankt-Peterburqda səfərdə olacaq. "KƏLAMİNFO" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 38-ci plenar iclasında, “Çingiz Aytmatov dünyası: mədəniyyətlərin inteqrasiyası və dialoq” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Elton Məmmədov, Aslan Cəfərov, Rüfət Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Nümayəndə heyətinin üzvləri MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə, Elm və təhsil üzrə daimi komitələrinin iclaslarında iştirak edəcəklər. Millət vəkilləri Bioloji təhlükəsizlik üzrə MDB-yə üzv ölkələrin ümumi informasiya sisteminin formalaşmasına dair dövlətlərarası Sazişin hazırlanması ilə əlaqədar işçi qrupun iclasına qatılacaq, məsələ ilə bağlı öz fikirlərini bildirəcəklər. Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov MDB PA-nın tədbirlərində iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, qurumun gələcək fəaliyyət istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-7504.html