Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin gündəliyində 10 məsələ var
20.11.12 20:58

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, spiker Oqtay Əsədovun rəhbərliyi ilə keçirilən iclasda gündəlik təsdiq olunduqdan sonra müzakirələr başlayıb. Gündəlikdə 10 məsələ var. Bunlar “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişlərin təsdiq edilməsi haqqında, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Tacikistan Respublikasının Prezidenti E.Rəhmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında”, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Dövlət rüsumu haqqında", "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" və “Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihələridir.
URL / WWW
http://kelam.az/article/a-7503.html