Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranın xarici işlər naziri: “Suriya xalqı da digər xalqlar kimi fundamental haqlara sahib olmalıdır”
19.11.12 20:17

İranın xarici işlər naziri Əli Əkbər Salehi Tehranda Suriya hökumətini və müxalifləri bir araya gətirən “Milli dialoq” toplantısının sonunda açıqlama verib. “KƏLAMİNFO” “Hurriyyət”ə istinadən xəbər verir ki, toplantıda hökuməti və müxalifəti təmsil edən 130 və xarici ölkələrdən 40 nümayəndənin iştirak etdiyini bildirən Salehi bütün tərəflərin Suriyadakı böhranın sülh yolu ilə həllini istədiyini söyləyib. Suriya hökumətinin xalqın legitim tələblərinə cavab verməsinin şərt olduğunu vurğulayan nazir: “Suriya xalqı da digər xalqlar kimi azadlıq, çoxpartiyalı sistem və ədalətli seçkilər kimi fundamental haqlara sahib olmalıdır” deyib. Nazir bildirib ki, tərəflər problemin suriyalılar tərəfindən həll olunması məsələsində həmfikirdirlər. Tərəflərin problemin həlli üçün birgə komitə yaratmaq məsələsində razılığa gəldiklərini söyləyən Salehi bu komitənin də suriyalılardan ibarət olacağını qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-7500.html