Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP funksioneri: “Onlar qanun qarşısında cavab verməlidirlər”
19.11.12 20:17

“Açıq-aşkar görünür ki, özünü müxalif adlandıran bir qrup şəxsin şəhərin mərkəzində cəhd elədiyi aksiya birbaşa qanun pozuntusuna, ictimai asayişin pozulmasına yönəlib”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, bu aksiya etiraz aksiyası deyil, bir qrup gəncin xuliqanlıq cəhdidir: “Çox təəssüf ki, bəzi müxalif partiyaların liderləri də bu qrup gənclərdən öz siyasi maraqları üçün istifadə edir”. Deputat onu da vurğulayır ki, bütün qanun pozucuları kimi, həmin qrup gənclər də qanun qarşısında cavab verməlidirlər. Qeyd edək ki, noyabrın 17-də paytaxtın Fəvvarələr meydanında bir qrup müxalif gənc qanunsuz aksiya keçirməyə cəhd edib.
URL / WWW
http://kelam.az/article/a-7499.html