Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədi
19.11.12 23:17

Noyabrın 15-17 tarixlərində Cibuti Respublikasının paytaxtı Cibuti şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasının sonunda Cibuti Bəyannaməsi qəbul edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Bəyannamədə üzv ölkələrin Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi əks olunub. Bəyannamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilir. Həmçinin, konfrans zamanı siyasi qətnamələr arasında Ermənistanın Azərbaycana qarşı təcavüzü, iqtisadi qətnamələr arasında Azərbaycana iqtisadi yardımın göstərilməsi, mədəni-ictimai qətnamələr arasında isə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarında İslam tarixi və mədəniyyətinə aid abidələrin dağıdılması və təhqir edilməsi ilə bağlı qətnamələr qəbul edilib.
URL / WWW
http://kelam.az/article/a-7498.html