Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qafqazın dini liderləri İstanbulda toplaşıb
20.11.12 02:14

İstanbulda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-dən veriblər. İclas şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə nümayəndə heyətinin Avrasiya İslam Şurasının növbəti toplantısında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfəri ərəfəsində baş tutub. İclasda Qafqazdakı mövcud dini-mənəvi vəziyyət, ənənəvi dini dəyərlərin qorunub saxlanılması istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb. Bölgədə milli və dini zəmində separatçılıq meyillərindən narahatlıq bildirilən iclasda həmin məsələdə məhz bu amildən sui-istifadənin yolverilməzliyi qeyd edilib, bu kimi halların qarşısının alınmasının zəruriliyi vurğulanıb. Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Sultan Mirzəyev, Kalmıkiya Respublikasının müftisi Sultanəhməd Karolayev, Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər. Diqqətə çatdırılıb ki, Qafqaz xalqlarının sarsılmaz birliyi bölgədə bəzi qüvvələrin dini və etnik zəmində parçalanma cəhdlərinin reallaşmasına heç vaxt imkan verməyəcək. Bu kimi pozucu addımların qarşısının alınmasında, eləcə də regionda əmin-amanlığın qorunub saxlanılmasında Qafqaz Xalqları Ali Dini Şurasının sədri şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti xüsusi vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-7497.html