Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ötən il Azərbaycana gələn turistlər 1 milyard 223 milyon dollar xərcləyib
17.11.12 02:15

2011-ci ildə Azərbaycana gələn turistlər 1 milyard 223 milyon dollar xərcləyib. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Turizm və reaksiya XXI əsrdə” I beynəlxalq elmi praktiki konfransda məlumat verib. O qeyd edib ki, ötən il Azərbaycana gələnlərin sayı 2 milyard 239 milyon nəfər olub. N.Səmədovun sözlərinə görə, Azərbaycana daha çox Gürcüstan, Rusiya, İran və Türkiyədən turistlər gəlib. Azərbaycandan xaricə gedən turistlərin sayı isə 3,5 milyon olub. Azərbaycan turistləri Dubay, Türkiyə, Gürcüstan və Rusiyaya gediblər: “2011-ci ildə turizm sektorunda çalışan işçilərin sayı 7 min 739 nəfər təşkil edib”. Nazirlik rəsmisi bildirib ki, 2012-ci ilin 6 ayının göstəricilərinə görə, mehmanxanların sayı 506-a çatıb. İki il ərzində dünyaca məşhur mehmanxanlar inşa edilib, hazırda 50-yə yaxın mehmanxana tikintisi aparılır.
URL / WWW
http://kelam.az/article/a-7493.html