Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Nabil Şaat ilə görüşüb
17.11.12 02:15

Noyabrın 15-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Cibuti Respublikasında keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyası çərçivəsində Fələstin nümayəndə heyətinin başçısı Nabil Şaat ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə Nabil Şaat İsrailin son günlər Qəzza bölgəsinə hücumu və itkilər barədə məlumat verərək, BMT Təhlükəsizlik Şurasının iclasının çağırıldığını və dünya ölkələrinin buna reaksiya verməli olduğunu bildirib. E.Məmmədyarov baş vermiş hadisə ilə əlaqədar narahatçılığını ifadə edib və Fələstinin BMT-nin tamhüquqlu üzvü olması məsələsinin ölkəmiz tərəfindən dəstəkləndiyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-7491.html