Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçrilib
09.02.10 23:30

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçrilib. KƏLAMİNFO xəbər verir ki, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisə təqdim olunub. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi M.Səlimzadə bildirib ki, ötən il bələdiyyələrə daha çox 872 tövsiyə və yeni işlənib hazırlanmış 19 metodiki vəsait verilib. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı vətəndaşlardan 1833 müraciət daxil olub. Ötən il nazirliyə inzibati nəzarət qaydasında baxılması üçün 20152 bələdiyyə aktı göndərilib ki, bu da 2008-ci ildə təqdim olunan aktların sayından çoxdur”.-deyən M.Səlimzadə qeyd edib ki, yerli özünüidarəetmə orqanlarında aparılan hüquqi maarifləndirmə və bələdiyyələrin fəaliyyətlərində qazandığı təcrübənin artırılması sayəsində bu aktlar əsasən qanunvericiliyin tələblərinə uyğun hazırlanıb. Onun sözlərinə görə, əgər 2008-ci ildə təqdim olunan aktlardan 635-nin dəyişdirilməsi üçün müvafiq bələdiyyələr qarşısında məsələ qaldırılmışdısa, ötən il bu rəqəm 333 olub. İclasda qeyd olunub ki, ötən il müstəqil auditorların iştirakı ilə aparılan araşdırmalar zamanı 34 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntusu aşkarlanıb. Həmin bələdiyyələrdən 23-də aşkarlanmış qanun pozuntusu prokurorluq orqanı tərəfindən təsdiqlənib. Bildirilib ki, il ərzində 5071 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Komitə sədri Arif Rəhimzadə hesabatın ötən illərlə müqayisədə xeyli əhatəli hazırlandığını qeyd edib. Müzakirələr zamanı millət vəkilləri hesabatın qanunvericiliyin tələbinə uyğun hazırlandığını vurğulayıblar. Müzakirələrdən sonra hesabat Milli Məclisin plenar iclasına tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-749.html