Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM “Frankfurt Qaz Forumu–2012”-nin akademik tərəfdaşıdır
17.11.12 02:14

Noyabrın 27-də Frankfurtda “Frankfurt Qaz Forumu–2012” keçiriləcək. Strateji Araşdırmalar Mərkəzindən (SAM) “KƏLAMİNFO”ya verilən məlumata görə, təşkilatçısı Frankfurtda yerləşən Enerji Stream CMG GmbH adlı beynəlxalq neft və qaz konsaltinq firmasının hədəfi Avropada artan təbii qaz tələbatına sərmayələri dəstəkləmək və qaz infrastruktur layihələrinə tələbatı artırmaqdan ibarətdir. Avropa Birliyi (AB) Enerji komissarı Günther Oettinger birinci illik Frankfurt Qaz Forumunun əsas məruzəçisi olacaq. Qeyd edək ki, təbii qaz forumu Frankfurt şəhərində ilk dəfə olaraq təşkil olunacaq. AB Komissarı Oettinger təbii qaz marşrutları və resurslarının şaxələndirilməsi ilə Avropa üçün effektiv enerji siyasəti həyata keçirir. AB enerji siyasətinə açar rolunu Xəzər dənizindəki nəhəng Şahdəniz təbii qaz yatağı oynayır. Azərbaycan “Şahdəniz” konsorsiumu gələn il ərzində “Nabucco West” boru kəməri, Transadriatik qaz kəməri (TAP) və Trans Anadolu kəməri (TANAP) arasında Xəzər qazını Avropaya daşıyacaq olan boru kəməri layihəsini seçəcək.“Frankfurt Qaz Forumu–2012” Avropada artan təbii qaz tələbatı və qaz infrastruktur layihələri üçün artan ehtiyac baxımından investisiyaları təşviq edəcək. Təbii qaz infrastrukturuna tələb olunan investisiyalar ˆ 40 milyarddan artıqdır. Əsas qərarlar qəbul edən şəxslər öz planlarını təqdim etmək və Almaniyanın maliyyə sənayesi ilə əməkdaşlıq yollarını araşdırmaq üçün Frankfurt şəhərində iştirak edəcək. Builki diqqət əsasən Cənub qaz dəhlizi, Azərbaycanda Şahdəniz nəhəng qaz yatağı və Avropa enerji təhlükəsizliyinin gücləndirilməsi mövzularınaa yönələcək. Forum Boru konsorsiumları, dünya qaz biznes liderləri, Avropa Birliyi rəsmiləri, Hökumətlər, Maliyyə və Sənaye Analitiklər, Enerji mütəxəssisləri və beynəlxalq investisiya və maliyyə qurumlarını qaz infrastruktur razılaşmalarını asanlaşdırmaq üçün bir araya gətirəcək.
URL / WWW
http://kelam.az/article/a-7489.html