Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Mahmud Kərimov: Elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması üçün müəyyən tədbirlər görülür
17.11.12 01:03

“AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA prezidenti, akademik Mahmud Kərimov İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransda deyib. M.Kərimov deyib ki, ölkə başçısının gələcəklə bağlı əhəmiyyətli çağırışları respublikada biliyin ön plana keçməsi, əmək fəaliyyətinin İKT-nin imkanlarından istifadə etməklə daha yüksək səviyyədə qurulması, elektron elmin formalaşması üçün zəmin yaradır və bu istiqamətdə alimlər öz töhfələrini verməlidir. Akademikin sözlərinə görə, dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm, təhsil və mədəniyyət sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsidir: “Bu gün aparıcı ölkələrin iqtisadi inkişafının əsasən texnoloji nailiyyətlərə əsaslandığını, bu uğurların qazanılmasında İKT-nin əhəmiyyətli rolu olduğunu görürük. Beynəlxalq reytinqlərdə İKT-nin inkişafı sahəsində Azərbaycanın regionda liderlik etməsi ölkədə bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsidir”. Akademik Azərbaycanda formalaşan informasiya cəmiyyətinin başlıca tələblərindən olan İT infrastrukturunun inkişafı, e-elmin, biliklər iqtisadiyyatının təşəkkülü, digər müvafiq qurumlarla yanaşı, AMEA-nın qarşısında da mühüm vəzifələr qoyduğunu söyləyib.
URL / WWW
http://kelam.az/article/a-7486.html