Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hadı Rəcəbli: "Bəzi deputatlarımız xarici səfərlərə həsrətdirlər "
16.11.12 15:03

“Bizim deputatların bəziləri xarici ezamiyyətə getməkdən beziblər, bəziləri isə xarici ezamiyyət üzünə həsrətdirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qurumun 2013-cü il xərclər smetası barədə qanun layihəsinin müzakirəsi zamanı Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O qeyd edib ki, baxmayaraq ki, bu səfərlər beynəlxalq qurumlarda təmsil olunmaq prinsipi ilə həyata keçirilir, istənilən halda bu məsələ nəzərə alınmalıdır: “10-15 ildir deputat kimi fəaliyyət göstərənlər var ki, xarici səfərlərə həsrətdirlər. Onların da xarici ölkələrdə olması fəaliyyətləri üçün müsbət hal olardı”. Deputat Eldar İbrahimov isə deyib ki, Milli Məclisin komitə sədrlərinə yeni avtomobillərin verilməsinə baxmayaraq, köhnə avtomobillərin də istifadəsi davam etdirilməlidir: “Biz onları birdəfəlik atmayacağıq ki? Parlamentin əmlakıdır və onlardan da istifadə etmək və yeni ildə onların da ehtiyat hissələrinin yenilənməsinə diqqət yetirmək lazımdır”.
URL / WWW
http://kelam.az/article/a-7485.html