Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Milli Məclisdə gələn ilin büdcə zərfi ilə bağlı müzakirələr başa çatıb
17.11.12 01:03

Bu gün Milli Məclisdə üç gündür davam edən gələn ilin büdcə zərfi ilə bağlı müzakirələr başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, büdcə paketinin müzakirəsi zamanı səslənən təkliflər baxılması üçün hökumətə göndərilib. Büdcə zərfinə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir. Qeyd edək ki, Hökumət deputatların təkliflərinə noyabrın 30-da keçiriləcək plenar iclasda cavab verəcək.
URL / WWW
http://kelam.az/article/a-7484.html