Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elşad İskəndərov: “Bəzi dini cərəyanların arxasınca getsək, milli kimliyimizdən imtina etməli olarıq”
14.11.12 19:26

“Bəzi dini cərəyanların arxasınca getsək, milli kimliyimizdən imtina etməli olarıq. Əgər bu cərəyanların diktəsi ilə getsək və onların dediklərini etsək, Nizami Gəncəvi, Füzuli, Nəsimi və Novruz Bayramı və digər milli atributlarımız da bizə yad olmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri “Dini və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib. Onun sözlərinə görə, Azərbaycan milli kimliyinin formalaşması müstəqillik dövründən sonra inkişaf etməyə başlayıb: “Dini amillərin bu milli kimliyin formalaşmasında böyük rolu var. Ancaq bu gün bir tərəfdən etiqad azadlığına çağırılır, digər tərəfdən isə ölkədə milli kimliyimizi itirilməsinə yönələn qurumlar, cərəyanlar fəaliyyət göstərir”. E.İskəndərov qeyd edib ki, hazırda dünyada insan azadlıqlarını şübhə altına alan cərəyanlar var. Müasir qloballaşan dünyada baş verən mürəkkəb siyasi kataklizimlər, etnik-dini münaqişələr, aqressiv separatçılıq və dini ekstremizim, terrorizm kimi təhdidlər beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi maneə olaraq qalmaqdadır: “Bu baxımdan, dinin insan mənəviyyatı, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönəldilməsi, bilavasitə cəmiyyət həyatında vicdan azadlığı meyarlarının düzgün müəyyənləşdirilməsindən asılıdır”. E.İskəndərov qeyd edib ki, dini və milli amillərin birgə inkişafı üçün kompleks tədbirlər davam etdirilməlidir: “Hər bir dinin milli modeli var. Belə bir modelin yaradılması da məsələnin həlli olar”. Dövlət Komitəsinin sədri onu da əlavə edib ki, hazırkı mərhələdə dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılması, eləcə də cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir.
URL / WWW
http://kelam.az/article/a-7479.html