Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM "Yaşıl iqtisadiyyat" mövzusunda Dəyirmi masa keçirəcək
14.11.12 19:26

Noyabrın 15-də Prezident yanında Strateji Araşdırmalar Mərkəzi "Yaşıl iqtisadiyyat" mövzusunda Dəyirmi masa keçirəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbiri BMT Ətraf Mühit Proqramının regional direktoru Jan Dusik, ekologiya və təbii sərvətlər naziri Hüseyngulu Bağırov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və BMT İnkişaf Proqramının Rezident nümayəndəsi Antonius Broek giriş sözü ilə açacaq. Tədbirin moderatorluğunu Prezident yanında İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov edəcək. “Yaşıl iqtisadiyyat: Strateji baxış və siyasət” adlı paneldə BMT Ətraf Mühit Proqramının Avropa üzrə regional koordinatoru Mahir Əliyev “Yaşıl iqtisadiyyat: İnkişaf zərurəti”, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Arif Həşimov “Yaşıl iqtisadiyyat” mövzusunda tədqiqatın təqdimatını edəcək. nativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin direktoru Akim Bədəlovun “Azərbaycanda yaşıl iqtisadiyyata keçid”, millət vəkili Fuad Muradovun “Yaşıl inkişafda gənclərin rolu”, "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun “Biznes və yaşıl iqtisadiyyat”, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayevin “Yaşıl bələdiyyə təşəbbüsləri” mövzularda çıxışlar nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-7477.html