Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Allahşükür Paşazadə: Milli maraqlara uyğun dini dərsliklər hazırlanmalıdır
15.11.12 02:26

“Əhalinin dini maarifləndirilməsinə ehtiyac var. Maarifləndirmənin biri yolu da kitablar, dərsliklərin hazırlanmasıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA İnsan Hüquqları İnstitutunda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Şeyx hesab edir ki, xüsusi bir mətbəə yaradıla və orada əhalinin maarifləndirilməsi ilə bağlı vəsaitlər çap edilə bilər. Dini dərsliklərin bəziləri tərəfindən düzgün qarşılanmadığını diqqətə çatdıran Şeyx deyib ki, oxumaq istəyənlər həmin dərsliklərdən istirahət və başqa günlərdə istifadə edə bilərlər. Yəni bu, məcburi deyil. A.Paşazadənin sözlərinə görə, dərsliklər Azərbaycanın milli maraqları, adət-ənənələrinə uyğun olmalıdır.
URL / WWW
http://kelam.az/article/a-7475.html