Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda dinlərarası dialoq və tolerantlıq mərkəzinin yaradılması təklif edilib
14.11.12 16:07

Azərbaycanda dinlərarası dialoq modelinin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə ölkədə dinlərarası dialoq və tolerantlıq mərkəzinin yaradılması təklif edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib. Dövlət Komitəsinin sədri xatırladıb ki, bu günlərdə Böyük Britaniya Parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialooq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib. Onun sözlərinə görə, həmin tədbirdə məruzəçilər və xarici iştirakçılar Azərbaycanda dinlərarası dialoq modelinin Avropa üçün önəm daşıdığını vurğulayıb, bu münasibətlərin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə ölkəmizdə dinlərarası dialoq və tolerantlıq mərkəzinin yaradılması təklifini irəli sürüblər: “Bu isə bir daha sübut edir ki, Azərbaycanda dövlət və din münasibətləri yüksələn xətlə inkişaf edir” deyə komitə sədri qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-7468.html