Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Çin Prezidenti: Yeni iqtisadi modelə ehtiyac var
08.11.12 20:41

Çində Kommunist Partiyasının qurultayı öz işinə prezident Hu Jintaonun çıxışı ilə başlayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, prezident bildirib ki, Çin hədəf kimi daha yüksək məqsədlər seçməlidir: “Ona görə də daha çox işləməliyik”. Prezident rüşvət haqqında da danışıb: “Əgər rüşvətə boyun əysək, bu, partiyamız üçün ölümcül ola bilər, partiyamız, ya da dövlətimiz çökər”. Prezident deyib ki, daxili və xarici problemlərin həlli üçün yeni iqtisadi modelə ehtiyac var. Hu Jintao 2020-ci ilə qədər həm kəndlərdəki, həm də şəhərdə adambaşına düşən gəlir səviyyəsinin iki dəfə yüksəlməsinin hədəf olduğunu bildirib. Son vaxtlar Çində iqtisadi irəliləyiş azalıb. Yoxsulluq və qocalan əhalinin sayı artıb.
URL / WWW
http://kelam.az/article/a-7459.html