Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » İlqar Orucov: Akademiya magistr hazırlığı prosesində iştirak edə bilər
08.11.12 20:41

“Azərbaycan Milli Elmlər Akademiyasında təhsilin magistratura pilləsində tədrisinin təşkilinin mümkünlüyü çoxdandır ki, bir neçə dəfə təklif edilib və müzakirə olunub. Bunun üçün həm elmi kontingent, həm də maddi-texniki baza var. Ona görə də hesab edirəm ki, Akademiya bu prosesdə iştirak edə bilər”. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov deyib. Belə bir təklifin irəli sürülməsini haqlı sayan İ.Orucov qeyd edib ki, magistratura təhsilini Akademiya uğurla apara bilər. Onun sözlərinə görə, Akademiya təhsil müəssisəsi deyil, ancaq doktorantura təhsilinin həyata keçirilməsində mühüm rolu var: “Nəzərə alsaq ki, magistratura da elmi-tədqiqat pilləsi sayılır, o zaman hesab edirəm ki, Akademiyaya da magistraturanın tədrisinə yer ayrılması mümkündür”. Son illərdə Akademiyanın maddi-texniki bazasının gücləndirildiyini diqqətə çatdıran İ.Orucov bu baxımdan hesab edir ki, magistraturanın tədrisi üçün Akademiyanın institutlarında kifayət qədər imkan var: “Bu işin reallaşması təhsillə elmin vəhdəti baxımından da qəbul olunandır. Hesab edirəm ki, bu istiqamətdə müvafiq addımlar atılsa yaxşı olar”. O, Akademiyaya magistraturaya qəbulun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının həyata keçirməsinin tərəfdarı olduğunu qeyd edib: “Burada sadəcə yerlərin ayrılmasından söhbət gedir. Hesab edirəm ki, bu məsələ baş tutsa magistr hazırlığına Akademiya tərəfindən yaxşı töhfə olar”.
URL / WWW
http://kelam.az/article/a-7456.html