Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanla Türkiyə təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
08.11.12 20:41

Təhsil naziri Misir Mərdanov Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə M.Mərdanov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş münasibətlərə toxunub, iki ölkənin təhsil sahəsindəki əlaqələrin inkişafı üçün olduqca geniş potensialın mövcudluğunu nəzərə çatdırıb. Ölkəmizdə fəaliyyət göstərən Türk liseyləri və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün münasibətlərin yeni müstəvidə inkişafı məsələsinə diqqət çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini qeyd edib.M.Mərdanov ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın milli maraqlarımıza xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini qeyd edən təhsil naziri bu baxımdan Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyib. Nazir Azərbaycanın daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə tələbə göndərilməsində maraqlı olduğunu vurğulayıb. Səfir Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması məsələlərindən söhbət açıb. O, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti barədə fikirlərini bildirib. Səfir iki ölkə arasında təhsil sahəsində əlaqələrin müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-7452.html