Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Alman-Azərbaycan Xarici Ticarət Palatasının açılışı olacaq
08.11.12 20:41

Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının açılışı keçiriləcək. “KƏLAMİNFO”ya palatadan verilən məlumata görə, tədbir noyabrın 12-də “Four Seasons Hotel Baku”da baş tutacaq. Təntənəli açılış tədbirinə Almaniya Federativ Respublikasının xarici işlər nazirinin müavini Kornelia Pieper, “Ticarət və İnvestisiyalar üzrə Alman-Azərbaycan yüksək səviyyəli işçi qrupunun” həmsədri və Almaniya hökumətinin Azərbaycan ilə iqtisadi əməkdaşlıq qrupunun əlaqələndiricisi Brauner (Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi), Trayer (Almaniya Sənaye və Ticarət Palatası), Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və həmçinin Azərbaycan tərəfindən hökumət nümayəndələri qatılacaqlar. Açılış mərasimində, həmçinin hər iki ölkənin siyasət və iqtisadiyyat sahəsindən yüksək rütbəli nümayəndələr, yerli və xarici sahibkarlar iştirak edəcəklər. Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının təsis olunması bu il martın 14-də Almaniyanın xarici işlər naziri Vestervelle və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən rəsmiləşdirilib. Alman-Azərbaycan Xarici Ticarət Palatası 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən Alman-Azərbaycan İqtisadi İttifaqının (DAWF) tərkibindən formalaşdırılır. Xarici Ticarət Palatasının yaradılması məqsədi ilə Alman-Azərbaycan İqtisadi İttifaqı 2007-ci ildən etibarən Almaniya Sənaye və Ticarət Palatası (DİHK) ilə əməkdaşlıq edir. Alman-Azərbaycan Xarici Ticarət Palatası dünya üzrə alman iqtisadiyyatının 120-dən artıq Xarici Ticarət Palataları və nümayəndəliklərinin şəbəkəsinin bir hissəsinə çevrilir. Yeni yaranmış Xarici Ticrət Palatasına 125-dən artıq Almaniya və Azərbaycan şirkəti üzv olub.
URL / WWW
http://kelam.az/article/a-7450.html