Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bərdədə regionlarda yaradılan ilk Elektron Kitabxananın açılış mərasimi keçiriləcək
08.02.10 20:22

Sabah Bərdə rayonu Mərkəzi Kitabxanasında Azərbaycan regionlarında yaradılan ilk Elektron Kitabxananın açılış mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bərdə rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev, rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edəcəklər. Bərdə rayonunda yaradılmış ilk Elektron Kitabxana rayon Mərkəzi Kitabxanasında təşkil olunub. Kitabxana üçün xüsusi Avtomatlaşdırılmış Kitabxana - İnformasiya Sistemi alınıb, habelə kitabxananın Veb-saytı (http://www.barda-mks.az) yaradılaraq oxucuların istifadəsinə təqdim edilib. Kitabxananın binası əsaslı təmir olunub, müasir inventar və avadanlıqlarla təchiz edilib. Veb-saytda Elektron Kataloq və Elektron Kitabxana vasitəslə oxuculara kitabxananın resursları, habelə kitabların tam mətni təqdim olunur.Elektron kitabxana bölməsində yüzlərlə müasir, latın qrafikalı kitabların tam mətni yerləşdirilib. Onlardan Azərbaycan və Dünya ədəbiyyatından seçmələr, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan və xarici müəlliflərin nəşrlərini qeyd etmək olar. Saytda Dağlıq Qarabağ, Qarabağ münaqişəsi, Xocalı faciəsinə dair ətraflı məlumatlar əldə etmək mümkündür. Veb-saytda “Qədim Bərdə və bərdəlilər” məlumat bazası yerləşdirilib. Burada Bərdənin qədim dövrdən müasir dövrə qədər keçdiyi tarixi inkişaf mərhələsi, Bərdənin tarixi abidələri, habelə tanınmış bərdəlilər haqqında ətraflı məlumatlar yerləşdirilib. Sözügedən saytdan birbaşa Mədəniyyət və Turizm Nazirliyi, Prezident Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının saytına daxil olmaq mümkündür.
URL / WWW
http://kelam.az/article/a-745.html